Azərbaycan yığması Bakıya qayıdıb
Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıya qayıdıb.
Sportlife.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanı AFFA-nın bir qrup əməkdaşı, eləcə də qadınlardan ibarət Azərbaycan milli komandasının bir neçə üzvü qarşılayıb.