Əliyev Albaniya çempionu oldu

  • Bu gün, 10:52

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.

Sportlife.az xəbər verir ki, sözügedən komanda pley-off mərhələsinin həlledici görüşündə “Vlajniya” ilə qarşılaşıb.

“Eqnatiya” 4:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub. Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Xatırladaq ki, Əliyev “Eqnatiya”ya bu mövsümün əvvəlində qoşulmuşdu.


Paylaş: