Millimiz qrup liderinə qarşı – YENİLƏNİR

  • 12 Aprel 2022, 11:30

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.Siyasət Əsgərovun çalışdırdığı komanda E qrupunda Danimarka yığmasının qonağı olacaq.

Viborq şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Matçı Silvia Dominqosun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Danimarka 7 görüşdən sonra 21 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu – altıncı pillədə qərarlaşıb.

DÇ-2023-ün seçmə mərhələsi
12 aprel

20:00. Danimarka – Azərbaycan
Hakimlər: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta, Filipa Pereyra Kunha (Portuqaliya).
Viborq stadionu.

Xal durumu: Danimarka – 21, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3.


Paylaş: