4 Sentyabr 2023, 10:52
U-21 yığmamızın Serbiya ilə oyun üçün HEYƏTİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
 
Sportlife.az xəbər verir ki, məşqçilər korpusu qarşıdakı rəsmi oyun üçün 23 nəfərə dəvət göndərib.
 
Millimiz sentyabrın 12-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyanın qonağı olacaq.
 
U-21-in heyəti: Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli (hamısı “Neftçi”), Eldar Tağızadə (“CD Luqo”, İspaniya), Rüstəm Samiqullin, Seymur Məmmədov, Camal Cəfərov, Elçin Qasımov (hamısı “Sabah”), Rüfət Əhmədov (“Kəpəz”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Süleyman Damadayev, Samir Məhərrəmli (hər ikisi “Şamaxı”), Ayxan Süleymanlı (“Sumqayıt”), Ramin Nəsirli (“Dauqavplis”, Latviya), Nazim Həsənzadə (“Zirə”), Murad Vəliyev (“Levadia”, Estoniya), Veysəl Rzayev (“Turan Tovuz”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”), Mehrac Baxşəli (“Qəbələ”), Mustafa Yıldırım (“İğdırspor”, Türkiyə).