“Neftçi”, “Sabah” və “Zirə”nin şansı daha yüksəkdir" - QURBANOV

  • 28 Mart 2024, 15:51

“99 faiz çempion “Qarabağ”dır. Digər klublarımız avrokuboklar uğurunda mübarizə aparırlar”.

Bunu Sportlife.az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu İlqar Qurbanov bildirib.

O, həmçinin avrokuboklara vəsiqə şanslarını da dəyərləndirib. “2-ci və 3-cü yerlər üçün “Neftçi”, “Sabah” və “Zirə”nin şansı daha yüksəkdir. Ümumi olaraq çempionluq uğrunda mübarizə yoxdursa, gərgin çempionat adlandırmaq olmaz. Amma Konfrans Liqasına getmək üçün yəqin ki, son turlara qədər mübarizə davam edəcək. “Turan Tovuz”la “Araz-Naxçıvan” yaxşı transferlər ediblər. Amma avrokuboklara vəsiqəni çətin qazanarlar. Amma futboldur. Hər şey ola bilər”.

İlqar Qurbanov “Qəbələ”nin Premyer Liqada qalmasının “Kəpəz”də aslı olduğunu deyib: “Qəbələ”nin vəziyyətdən çıxması asan deyil. “Kəpəz” xal fərqi baxımından xeyli irəlidədir. Hər şey “Kəpəz”in əlindədir, “Qəbələ”nin deyil. “Kəpəz” səhv etsə, “Qəbələ”nin qalmaq ehtimalı artar. Amma Adil Şükürovun gəlişindən sonra “Kəpəz”in çıxışı alqışa layiqdir”.

Hidayət Qurbanov


Paylaş: