"Səbail"in futbolçusu: "Baş məşqçi ilə yola gedə bilmədik" - MÜSAHİBƏ

"Səbail"in futbolçusu: "Baş məşqçi ilə yola gedə bilmədik" - MÜSAHİBƏ

  • 3 Fevral 2024, 18:25

“Səbail”in 30 yaşlı hücumçusu Aleksandr Ramalinqomun Sportlife.az saytına müsahibəsini təqdim edirik:

- 7 qolla bombardirlər cədvəlindəsən. Qarşıda xeyli oyun var, nəticəni daha da yaxşılaşdıracağına inanırsan?

Düşünürəm ki, biz qarşıdakı oyunlarda geridönüş edəcəyik. Çoxlu qollar vuracağıq. Mən yox, əsas olan komandadır.

- Hazırda "transfermarkt" portalı sənin futbolçu kimi dəyərini 300 min avro göstərir. Qollara davam edəcəyin halda bu qiymətin artacağını gözləyirsən?

Düzünü desəm, bu, mənə maraqlı deyil. Mən işimə köklənmişəm. Hər şey qarşıdadır.

- 21 tura 27 xal yığmısınız. "Səbail" üçün bu rəqəm nə dərəcədə uğurludur?

Biz ən yaxşı nəticələr üçün çalışırıq. Biz özümüzdən əminik. Bizim yeni oyunçularımız var. Bu, gələcək üçün müsbət amildir.

- Komandanı mövsümün yekununda mükafatçılar sırasında görürsən?

Bu suala cavab vermək çətindir. Deyə biləmərəm ki, harada olacağıq. Amma əlimizdən gələni edəcəyik ki, mövsümü yaxşı yerdə bitirək.

- Kubokda qol vursan da, komandan məğlub oldu. “Zirə” ilə cavab görüşündə gözləntilərin nələrdir?

Cavab matçı çox çətin olacaq. “Zirə” çox yaxşı komandadır. Biz yarımfinala vəsiqə üçün meydanda 200 faizimizi verməliyik.

­- Azərbaycanda sizin üçün ən qorxulu rəqiblər hansı komandalardır?

Ən təhlükəli rəqib “Qarabağ”dır. Bu il digər komandalar da güclüdür. Biz hər oyuna xüsusi motivasiya ilə çıxacağıq.

- Azarkeşlərin çox az olması motivasiyanı aşağı salmır?

Xeyr. Biz özümüz üçün deyil, komandanın adı üçün oynayırıq. Hər zaman qalib olmaq istəyirik. Azarkeşlərin az olmasına baxmayaraq motivasiyamız düşmür. Biz öz yolumuzla gedirik.

- Madaqaskar millisinə uzun müddətdir çağırılmamağının səbəbi nədir?

Mən milliyə çağırılmışdım. Amma baş məşqçi ilə yola gedə bilmədik. Qərara gəldim ki, yalnız aid olduğum kluba köklənim.

 

Qulammirzə Səfərli


Paylaş: