Nicat Abasov amerikalı rəqibinə qarşı

  • 14 Aprel 2024, 12:12

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Sportlife.az xəbər verir ki, 28 yaşlı qrossmeyster IX turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək.

Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Şahmatçılar arasında II tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.

Qeyd edək ki, N.Abasov hazırda 2,5 xalla sonuncu - səkkizincidir. 4,5 xala malik Karuana isə beşinci sıradadır.


Paylaş: