Qadın və kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi bəlli olub
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsinin qalib müəyyənləşib.
Sportlife.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Gəncə" və "Abşeron" kollektivləri üz-üzə gəliblər.
Qarşılaşma ikincilərin 3:0 (25:18, 25:20, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün baş tutan kişilərin final görüşündə “Xilasedici” "Azərreyl"i 3:0 hesabı ilə üstələyərək ölkə kubokunun sahibi olub.