"Ölkəmizi layiqincə təmsil etdik" - AÇIQLAMA

  • 17 Mart 2024, 23:07

Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutan güc idman növləri üzrə Asiya çempionatında ölkəmiz komanda üzrə 3-cü yerə layiq görülüb.

Sportlife.az-a açıqlama verən Bodibildinq Federasiyasının vitse-prezidenti Bəxtiyar Quliyev millinin çıxışını dəyərləndirib.

"7 ölkədən 500-dən çox idmançı çıxış edirdi. Biz öz gücümüzü dünyaya göstərdik. Namiq Cəfərov və Rauf Kazımov birinciliklə yanaşı dünya rekordunu da yeniləyib. Eyni zamanda Finyaz Əlisultanov, Cəlil Əliyev, Kamal Məmmədli, Osman Allahverdiyev və Sadiq Musayev öz şəxsi çəki dərəcələri üzrə himnimizin sədaları altında fəxri kürsünün 1-ci pilləsində qərarlaşdı. Yığma komandamızın baş məşqçisi Camal Əhmədzadənin də rolu danılmazdır. Ölkəmizi layiqincə təmsil etdik" - deyə Quliyev bildirib.


Paylaş: