Norveçli atlet dünya rekordu qırdı

Norveçli atlet dünya rekordu qırdı

  • 9 Sentyabr 2023, 11:00

Norveçli atlet Yakob İnqebrigtsen kişilər arasında 2 min metr məsafəyə qaçışda 4.43.13 göstərici ilə dünya rekordunu yeniləyib.

Sportlife.az "AA"ya istinadən xəbər verir ki, idmançı kişilər arasında 2000 metr məsafəyə qaçışda mərakeşli Hişam El Qerroujun 24 illik dünya rekordunu 1,5 saniyəyə artırıb.

Keniyalı Reynold Kipkorir Cheruiyot 4.48.14 ilə ikinci, avstraliyalı Stüart Maksveyn isə 4.48.77 ilə üçüncü olub.


Paylaş: