Bu federasiya fəaliyyətini dayandırdı

  • Dünən, 20:13

Naxçıvanda Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.

Sportlife.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb. Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub. Qurum 2018-ci ildə yaradılmışdı və sədri Xəyal Abdullayev idi.

Qeyd edək ki, əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı. Bunun əvəzində Naxçıvanda ümumrespublika federasiyalarının nümayəndəlikləri fəaliyyət göstərəcək.


Paylaş: