Avropa Liqası: "Zirə" "Şerif"lə bacarmadı

  • Bu gün, 22:51

“Zirə” UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxıb.

Sportlife.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri "Dalğa Arena"da "Şerif"lə qarşılaşıb. Matçın 90 dəqiqəsi qonaqların üstünlüyü ilə başa çatıb - 1:2.

İlk oyunda "Zirə" minimal hesablı qələbə qazandığı üçün görüşdə əlavə vaxt oynanılıb. Komandalar fərqlənə bilmədiyi üçün penalti atışlarına keçilib. Burda isə səhv etməyən "Şerif" növbəti mərhələyə yüksəlib. "Zirə" mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu

18 iyul

20:00 "Zirə" – "Şerif" (Moldova) 1:2 (p: 4-5)

Qırmızı vərəqə: Salifu Suma, 40

Qol: Rafael Utsiq, 5 - Əyyub Allaş, 53, Pape Ndiaqa Yade, 77
“Liv Bonadea Arena”
İlk oyun 1:0.


Paylaş: