"Onların oyunçuları əks-hücumları çox yaxşı bacarır"

  • 18 Aprel 2024, 13:49

"Marsel"in baş məşqçisi Jan-Lui Qasse Avropa Liqasının 1/4 finalında "Benfika" ilə cavab oyunu ilə bağlı gözləntilərindən danışıb.

Sportlife.az xəbər verir ki, Qasse bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlama verib.

"Qol vurmaq üçün 90 dəqiqəmiz var, bəlkə də bir saniyə daha çox. Balans tapmalıyıq. Lakin "Benfika"nın keçidlərinə diqqət yetirin. Onların oyunçuları əks-hücumları çox yaxşı bacarır, ona görə də tez reaksiya verməliyik. Azarkeşlər üzərlərinə düşəni edəcəklər. Məqsədimizə çatmağa əvvəldən hazır olmalıyıq” - deyə Qasse bildirib.

Komandaların ilk görüşü 2:1 hesabı ilə Portuqaliya klubunun xeyrinə başa çatıb. Cavab oyunu bu gün Marseldə baş tutacaq.


Paylaş: