Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

  • 2 İyun 2024, 10:27

Bu gün Azərbaycan Kubokunda final görüşü keçiriləcək.

Sportlife.az xəbər verir ki, həlledici matçda "Qarabağ" və "Zirə" qarşılaşacaq.  Ağdam klubu 8-ci dəfə kuboku muzeyinə aparmaq istəyir. "Zirə" isə ilk dəfə bu titulu qazana bilər.

Bu görüş komandaların kubok finalında ikinci dueli olacaq. 2022-ci ildə keçirilən final matçında "köhlən atlar" oyun sonrası penaltilər nəticəsində rəqibindən üstün olmuşdu.

2 iyun (bazar)

“Qarabağ” – “Zirə”
“Liv Bona Dea Arena”, 20:00


Paylaş: