"Bu mövsüm böyük iş gördük"

  • Dünən, 22:18

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXXVI turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

Sportlife.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördük. Mövsümü layiqli yerdə bitirdik.

- Klubla müqaviləniz bitir. Rəhbərliklə yeni sözləşmə barədə söhbətiniz olub?

- Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da, komandaya uğurlar arzulayıram. "Araz-Naxçıvan" mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək.

- Qara Qarayevin heyətdə olmamasının səbəbi nədir?

- Mikrozədəsi olduğuna görə ehtiyatlı davrandıq.


Paylaş: