"Zirə" mövsümü qələbə ilə başa vurdu

  • Dünən, 21:41

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Sportlife.az xəbər verir ki, XXXVI turun son matçında “Zirə” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu 58-ci dəqiqədə Junior Martins rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 74-ə yüksəldən “Zirə” mövsümü 2-ci, "Araz-Naxçıvan” isə 58 xalla 3-cü pillədə başa vurub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i 4:1, "Qarabağ", "Şamaxı"nı, “Sabah” “Neftçi”ni 1:0, “Turan Tovuz” isə “Kəpəz”i 4:0 hesabı ilə üstələyib.


Paylaş: