Qərb derbisində darmadağın

  • Dünən, 19:01

Azərbaycan Premyer Liqasında XXXVI turun daha bir görüşü başa çatıb.

Sportlife.az xəbər verir ki, sonuncu oyun günü "Turan Tovuz" və "Kəpəz" arasındakı Qərb derbisi ilə əlamətdar olub.

Tovuz şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Qolların hamısı ilk hissədə qeydə alınıb. Aleks Souza 10-cu və 23-cü dəqiqələrdə fərqlənərək, "dubl" edib. 42-ci dəqiqədə "Kəpəz"in futbolçusu Turan Manafov topu öz qapısına göndərib. Matçda son nöqtəni isə 44-cü dəqiqədə Ayxan Hüseynov qoyub.

Bununla da "Turan Tovuz" mövsümü 55 xalla 4-cü pillədə başa vurub. "Kəpəz" isə 32 xalla 9-cu olub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i 4:1, "Qarabağ" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Yalnız "Sabah" evdə "Neftçi" ilə görüşdə qələbəyə nail olub - 1:0. Çempionata bu gün saat 19:30-da start götürəcək "Araz-Naxçıvan" - "Zirə" matçı ilə yekun vurulacaq.


Paylaş: