"Sabah"dan çətin qələbə

  • Bu gün, 19:32

Azərbaycan Premyer Liqasının XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.

Sportlife.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.

Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82 avtoqol) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb. Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Alluş (74) dəqiq zərbə müəllifi olublar.

Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" dünən doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.


Paylaş: