
Berezutskidən istefa açıqlaması
Azərbaycan Premyer Liqasının XXXI turunun “Sabah” – “Səbail” oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Yaxşı oyun alındı. Xarakter göstərdik və son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Ən pisi odur ki, son oyunlarda çox qol buraxırıq.
– “Neftçi” ilə oyunu düşünməyə başladınız?
– Əlbəttə, bu gün çox dəyişiklik etdik ki, bəzi oyunçular 90 dəqiqə oynamasın.
– Kubokda finala çıxa bilməsəniz, getmək haqda düşünəcəksiniz?
– Prinsipcə, nəticə olmayanda bir yerdə qalmaq çətindir. Gələcəkdə nə olacağını deyə bilmərəm.