Son 11 mövsümün rekordu

  • 5 May 2025, 12:55

Azərbaycan Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb.

Sportlife.az xəbər verir ki, bu, cari mövsüm ərzində heç-heçələrin sayının 49-a çatması sayəsində mümkün olub.

Bərabərlik sayında 47 "sülh"ün yaşandığı 2015/2016 mövsümündəki göstərici yenilənib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/2014 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

Xatırladaq ki, ötən gün başa çatan XXXIII turda üç bərabərlik qeydə alınıb. “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.


Paylaş: