Azərbaycan millisi Belçikaya uduzdu

  • 12 Noyabr 2023, 17:15

Basketbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası AVRO-2025-in seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Evren Alkayanın çalışdırdığı komanda "Sərhədçi" İdman Kompleksində Belçika millisi ilə qarşılaşıb.
 
Millimiz son Avropa çempionuna böyük hesabla uduzub – 28:136. Azərbaycan ilk turda Litvaya səfərdə 62:99 hesabı ilə məğlub olmuşdu. 


Paylaş: