
Köklü klubda maliyyə problemi
Fransa "Lion"u çətin vəziyyətə düşüb.
Sportlife.az xəbər verir ki, klubun maliyyə problemləri daha da böyüyüb.
Liqa 1 təmsilçisi vəziyyəti düzəltməsə, 10 milyon avro cərimələnə və avrokuboklardan kənarlaşdırıla bilər.
Klub avrokuboklarda iştirak etsə belə, növbəti bir neçə mövsümdə ciddi qənaət rejimində fəaliyyət göstərməli olacaq.