"Madridə qələbə üçün gedəcəyik"

  • 21 Fevral 2024, 12:25

“İnter”in müdafiəçisi Stefan de Vrij Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko Madrid” üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Sportlife.az xəbər verir ki, futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.

“Atletiko” çox güclü və mütəşəkkildir, yaxşı futbol oynayır. Topa yaxşı nəzarət edir. Bununla belə, çoxlu qol imkanları yaratdıq, daha çox qol vura bilərdik, amma özümüz öz qapımız üçün heç bir təhlükəyə imkan vermədik. Qələbədən razı qaldıq. Madridə qələbə və növbəti mərhələyə yüksəlmək üçün gedəcəyik. Biz yolumuza davam etməliyik. Biz güclü olduğumuzu başa düşürük və bunu hər matçda sübut etmək istəyirik”, - deyə de Vrij bildirib.

Cavab oyunu martın 13-də Madriddə keçiriləcək.


Paylaş: