"Qarabağ" üçün qorxulu statistika

  • Dünən, 16:10

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” ilə cavab oyununa çıxacaq.

Sportlife.az xəbər verir ki, qarşılaşma öncəsi komandalarla bağlı diqqətçəkən statistik məlumatlar hazırlanıb.

“Qarabağ” son 8 ev matçının 7-də qalib gəlib. Ancaq digər tərəfdən “Şkendiya” səfərdə keçirdiyi son 17 görüşün 16-da məğlub olmayıb. Azərbaycan çempionu son vaxtlar qol yollarında axsasa da, Şimali Makedoniya təmsilçisi də axır 19 görüşün 17-də qol vurmağı bacarıb.

Son 7 oyunlara nəzər yetirsək görərik ki, “Şkendiya” əsasən matçların ikinci hissəsində hücumda daha kəsərli olur və qollar vurur. Əvəzində “Qarabağ” axırıncı 7 görüşün 6-da qol buraxmayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Komandalar arasında Şimali Makedoniyadakı ilk matçda “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.


Paylaş: