
Cerrard Rusiya klubuna "yox" dedi
"Spartak" "Reyncers", "Aston Villa" və "Əl-İttifaq"ın sabiq baş məşqçisi Stiven Cerrardın namizədliyini nəzərdən keçirib.
Sportlife.az xəbər verir ki, Moskva klubunun nümayəndələri ingilis mütəxəssisin agentləri ilə əlaqə saxlasa da, geosiyasi vəziyyətə görə onun karyerasının Rusiya klubunu çalışdırması mümkün olmayıb. Cerrard "Spartak"la müzakirələrdən belə imtina edib.
Ağır beynəlxalq vəziyyət təkcə Cerrardın yox, daha bir neçə məşhur əcnəbi məşqçinin “Spartak”a yolunu bağlayıb.