
Rodriqo üçün 2-ci təklif
"Fulhem"in hücumçusu Rodriqo Munis karyerasını İtaliyada davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "Atalanta" 24 yaşlı braziliyalı üçün ikinci təklifini edib. Bu dəfə qarşı tərəfə 35+5 milyon avro təklif olunub.
Lakin ingilis klubu əvvəlcə futbolçuya əvəzedici tapmadan onu satmaq istəmir.
Munisin "Fulhem"lə 2026-cı ilin yayınadək müqaviləsi var.