
Şeşkonun əvəzinə Romulo
“Göztəpə”nin hücumçusu Romulo Kardoso “Leypsiq”ə keçməyə yaxındır.
Sportlife.az xəbər verir ki, tərəflər artıq transferlə bağlı razılığa gəliblər.
Romulo 20 milyon avroya (+5 milyon bonus) Almaniya klubuna keçəcək. O, "Mançester Yunayted"ə keçən Benjamin Şeşkonun əvəzinə alınıb.
Ötən mövsüm braziliyalı Türkiyə Superliqasında 29 oyun keçirib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib.