“Tottenhem”də yeni kapitan

  • Bu gün, 15:07

Koreyalı hücumçu Son Xin Minin "Los-Anceles"ə transferindən sonra “Tottenhem”in yeni kapitanı məlum olub.

Sportlife.az xəbər verir ki, Tomas Frank kapitan sarğısını müdafiəçi Kristian Romeroya həvalə edib.

Argentinalı 2022-ci ildən “Tottenhem”də çıxış edir və ötən mövsüm londonluların Avropa Liqasını qazanmasına kömək edərək turnirin ən yaxşı oyunçusu olub.


Paylaş: