
"Sevilya" yeni qapıçı aldı
"Sevilya" "Nyukasl"dan qapıçı Odissias Vlaxodimosu transfer edib.
Sportlife.az xəbər verir ki, İspaniya klubu 31 yaşlı yunan futbolçunu icarəyə götürüb.
Transfermarkt oyunçunun dəyərini 5 milyon avro olaraq qiymətləndirir.
Vlaxodimos ötən mövsüm "Nyukasl"ın heyətində 1 matçda meydana çıxıb və qapısını toxunulmaz saxlayıb.