UEFA Çempionlar Liqasında həftənin qolu seçildi

  • 1 Dekabr 2023, 18:42

UEFA Çempionlar Liqası A qrupunun 5-ci həftəsində "Qalatasaray" "Mançester Yunayted"lə qarşılaşıb.

Sportlife.az xəbər verir ki, UEFA tərəfindən edilən paylaşımda Aktürkoğlunun qolu həftənin qoluna namizəd olan 4 qol arasında birinci olub.

UEFA-nın həftənin qolu üçün müəyyən etdiyi 4 namizəddən 2-si "Qalatasaray"-"Mançester Yunayted" matçında qeydə alınıb. Aktürkoğlunun qolu həftənin ən yaxşısı seçilərkən, "Mançester Yunayted"in matçda ikinci qolunu vuran Bruno Fernandesin qolu da həftənin 2-ci qolu seçilib.

"Real"ın futbolçusu Rodriqonun "Napoli"yə vurduğu qolu 3-cü, "Arsenal"dan Martin Odegaardın "Lens"ə vurduğu qolu isə həftənin 4-cü ən yaxşı qolu seçilib.


Paylaş: