Cüdoçularımızdan tarixi nəticə
Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəsini əldə edib.
Sportlife.az xəbər verir ki, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.