"15 saniyəyə ermənini nokaut etdim" - AÇIQLAMA

  • 10 May 2024, 18:45

Dəfələrlə dünya və Avropa çempionu olmuş kikboksçu Eduard Məmmədov ən unudulmaz döyüşündən danışıb.

Sportlife.az-a açıqlama verən idmançımız 15 saniyəyə erməni idmançını nokauta saldığı dueli xüsusi vurğulayıb.

"Mən dəfələrlə erməni idmançılarla döyüşmüşəm. Hamısında da vaxtından qabaq qalib gəlmişəm. Ən yaddaqalan döyüşüm isə Yunanıstanda olmuşdu. 15 saniyəyə ermənini nokaut etdim. Görüş başlayan kimi qarnından zərbə endirdim. Dizi üstə çökdü və qalxa bilmədi. Onun məşqçisi ayağa qalxması üçün qışqırırdı. Mən isə bayrağımızla rinqdə dövr edirdim. Biz bütün idman növlərində onlardan üstünük" - deyə Məmmədov qeyd edib.


Paylaş: