UFC turniri yenidə Bakıda!

  • Bu gün, 14:09

Bakıda yenidən UFC turniri keçirilə bilər.

Sportlife.az xəbər verir ki, bu haqda keçmiş prodüsser Jed Qudman X səhifəsində məlumat paylaşıb.

Təşkilatın prezidenti Dana Uayt Bakıda yeni turnir keçirəcəklərinin anonsunu verib: "Biz tezliklə Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstanda turnir keçirmək istəyirik və bu il Cənubi Afrikada da yarış təşkil edə bilərik".

Qeyd edək ki, Bakıda ilk dəfə UFC yarışı ötən yay keçirilib.


Paylaş: