
Ançelotti oğlunu da Braziliyaya aparır
"Real"ın baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti tezliklə təkbaşına məşqçiliyə başlayacaq.
Sportlife.az xəbər verir ki, o, İspaniyada mövsüm başa çatdıqdan sonra atası ilə birlikdə Braziliya millisində çalışacaq.
Ançelottinin digər köməkçisi əvvəllər onunla "Real", "Çelsi" və PSJ-də çalışmış Pol Klement olacaq.
Davide isə Braziliyanın Ekvador və Paraqvaya qarşı ilk matçlarında (6 və 10 iyun) atasının kömək etdikdən sonra yığmadan ayrılacaq və müstəqil karyerasına başlayacaq. Onun müxtəlif ölkələrdən təkliflərinin olduğu bildirilir.