Asensio ölkəsinə qayıdır

  • 8 Aprel 2025, 16:04

PSJ-yə məxsus olan və hazırda "Aston Villa"da icarə əsasında çıxış edən Marko Asensio İspaniyaya qayıda bilər.

Sportlife.az xəbər verir ki, "Atletiko" ispaniyalı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Klub mövsümün sonunda MLS-ə köçəcəyi gözlənilən Antuan Qrizmannın boşluğunu məhz "Real"ın sabiq üzvü ilə doldurmaq niyyətindədir.

Qeyd edək ki, Asensionun transfer qiyməti 20 milyon avrodur.


Paylaş: