
Finaldan öncə konsert olacaq
Amerikalı rok qrupu "Linkin Park" bu mövsüm Çempionlar Liqasının final oyunundan əvvəl çıxış edəcək.
Sportlife.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məşhur qrup "Allianz Arena"dakı həlledici matçdan öncə stadiona toplaşanları əyləndirəcək.
Final oyunu mayın 31-də təşkil olunacaq.