Bombardir faciəvi şəkildə öldü

  • 16 Aprel 2025, 13:07

Qabon millisinin və Çinin "Çjetszyan" klubunun futbolçusu Aaron Bupendza faciəvi şəkildə dünyasını dəyişib.

Sportlife.az xəbər verir ki, 29 yaşlı hücumçu yaşadığı binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.

Polis şübhəli hadisə ilə bağlı araşdırmalara başlayıb. İddiaya görə, təcrübəli forvard hadisədən öncə qardaşı ilə mübahisə edib. Onun məhz qardaşı tərəfindən binadan aşağı atıldığı ehtimal olunur.

Qeyd edək ki, 2020-2021-ci illər mövsümündə Türkiyədə "Hatayspor"un formasını geyinmiş Aaron Bupendza 22 qolla Superliqanın bombardiri olub.


Paylaş: