"Qarabağ"dan 1 milyon istədi

  • 15 Aprel 2025, 13:32

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın mövsümün sonunda Azərbaycanı tərk etmək ehtimalı yüksəkdir.

Sportlife.az Fransa mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Səudiyyə Ərəbistanından sərfəli təkliflər alıb.

Bunu nəzərə alan Benzia Ağdam klubunda qalmaq üçün rəhbərlikdən 1 milyon avroya yaxın məvacib tələb edir. Onun hazırkı qazancının 700 min avrodan aşağı olduğu bildirilir. Üstəlik, Benzianın Əlcəzair millisindəki komanda yoldaşları da ona Səudiyyə Ərəbistanına köçməyi məsləhət görüblər. Onlar futbolçunun orada daha artıracağını və milliyə daha çox xeyir verəcəyinə inanır.

Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin əvvəlindən “Qarabağ”da çıxış edir.


Paylaş: