
“Barselona"dakı Neymar PSJ-dəkindən fərqli idi”
"Barselona"nın sabiq futbolçusu İvan Rakitiç keçmiş komanda yoldaşı Neymar haqqında maraqlı fikirlər səsləndirib.
Xorvatiyalı sabiq yarımmüdafiəçi AS nəşrinə verdiyi açıqlamada bildirib ki, "Barselona"da çıxış edən Neymar ilə PSJ-dəki Neymar arasında ciddi fərq var idi:
“Biz “Barselona”da tamamilə fərqli Neymar izləyirdik. O, PSJ-dəki kimi deyildi. Həqiqətən də oyunu ilə Leo Messiyə yaxın bir səviyyədə idi. Bir komandada belə iki oyunçunun olması tam bir çılğınlıq idi”.
Qeyd edək ki, Neymar 2013–2017-ci illər ərzində “Barselona”nın formasını geyinib. Bu müddət ərzində o, Kataloniya təmsilçisinin heyətində 186 matçda meydana çıxıb, 105 qola imza atıb və 76 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı ulduz 2025-ci ilin yanvarından etibarən karyerasını yenidən vətənində, "Santos" klubunda davam etdirir.