
Klublararası dünya çempionatında həlledici qarşılaşma: PSJ – "Çelsi"
Bu gün FIFA Klublararası Dünya Çempionatında 2025-ci ilin qalibi müəyyənləşəcək.
Sportlife.az xəbər verir ki, final qarşılaşmasında İngiltərənin “Çelsi” klubu ilə Fransanın PSJ komandası üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Yarımfinalda “Çelsi” Braziliya təmsilçisi “Fluminense” üzərində qələbə qazanaraq finala yüksəlib. PSJ isə Madrid “Real”ını mübarizədən kənarlaşdırıb.
FIFA Klublararası Dünya Çempionatı
Final
13 iyul
23:00 PSJ – Çelsi