Məşhur futbolçunun oğlu klubunu dəyişdi

  • Dünən, 18:31

"AZ Alkmaar"ın futbolçusu Ruben van Bommel PSV ilə müqavilə imzalayıb.

Sportlife.az xəbər verir ki, 20 yaşlı oyunçu ilə sözləşmənin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Ruben Niderland millisinin sabiq futbolçusu Mark van Bommelin oğludur. O, ötən mövsüm 34 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: