
Millimizdə oyanayan futbolçunun qardaşı "Beşiktaş"da
"Benfika"nın yarımmüdafiəçisi Orkun Kökçü karyerasını Türkiyədə davam etdirəcək.
Sportlife.az xəbər verir ki, “Beşiktaş” türkiyəli futboçunun transferi ilə bağlı həm Lissabon klubu, həm də 24 yaşlı futbolçunun özü ilə razılığa gəlib. Razılaşmaya əsasən, oyunçu 2025/26 mövsümünü icarə əsasında "qara qartallar"ın heyətində keçirəcək. Növbəti mövsüm isə "Beşiktaş" 25 milyon avroya futbolçunu satın ala biləcək.
Ötən mövsüm Orkun Kökçü "Benfika"nın heyətində 55 matça çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Orkun yığmamızın üzvü olan Ozancan Kökçünün qardaşıdır.