
"Qarabağ"ı Əlcəzair klubuna dəyişdi
"Qarabağ"dan ayrılan Redon Cicanın "Beluizdad" komandasına transferi rəsmiləşib.
Sportlife.az xəbər verir ki, bu barədə Əlcəzair təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu ilə 2 illik müqavilənin imzalandığı açıqlanıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarından bu ilin yayınadək "Qarabağ"ın formasını geyinən Cica 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 qol ötürməsi verib.