"Neftçi" rəsmən avrokuboklarda!

  • Dünən, 16:53

Yeni mövsümdə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək komandalar müəyyənləşib.

Sportlife.az xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı "Neftçi" mübarizəyə birbaşa müntəzəm mövsümdən başlayacaq.

Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.

Qeyd edək ki, hər iki təmsilçimizin rəqibləri iyulun 23-də Almaniyanın Münxen şəhərində təşkil olunacaq püşkatma mərasimində bəlli olacaq.


Paylaş: