"Kəpəz" yeni futbolçu aldı

  • Dünən, 15:06

Yeni mövsümə hazırlaşan “Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Sportlife.az xəbər verir ki, Burkina Fasodan olan müdafiəçi Adama Fofana ilə 2 illik müqavilə imzalanıb.

Sol cinah oyunçusu son olaraq Türkiyədə “Adanaspor”un formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində Fransada “Dijon” və İsveçdə “Verberq”in uğurları üçün də çalışıb. Fofana Burkino Faso yığmasında 2 oyun keçirib.


Paylaş: