
"Arsenal" 50 milyona futbolçu transfer etdi
"Çelsi"nin vingeri Noni Madueke karyerasını "Arsenal"da davam etdirəcək.
Sportlife.az xəbər verir ki, klublar 23 yaşlı oyunçunun transferi üçün bonuslar daxil olmaqla təxminən 50 milyon funt-sterlinqə (təxminən 58 milyon avro) razılaşıblar. Maduekenin özü də artıq "topçular"la 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
Futbolçunun "Çelsi" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Mavilər"in heyətində Madueke 92 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.