
A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Roma"nın qapıçısı Mile Svilar klubla müqaviləsini uzadıb.
Sportlife.az xəbər verir ki, 25 yaşlı qolkiperlə yeni sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Futbolçu illik 3,5 milyon avro və əlavə 500 min bonus alacaq.
Svilar 2024/25 mövsümünün sonunda A Seriyasının ən yaxşı qapıçısı seçilib.