
"Tottenhem"dən yeni transfer
"Tottenhem" "Vest Hem"in hücumçusu Məhəmməd Kudusun transferini açıqlayıb.
Sportlife.az xəbər verir ki, transfer məbləği 55 milyon funt-sterlinq (təxminən 64 milyon avro) olan 24 yaşlı qanalı London təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.
O, yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Kudus "Vest Hem"də 80 oyun keçirib və 19 qol vurub. O, Qana millisinin heyətində isə 42 görüşdə 12 dəfə fərqlənib.