
İliç həmyerlisini "Sumqayıt"a gətirdi
"Sumqayıt" serbiyalı futbolçu transfer edib.
Sportlife.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub 25 yaşlı vinger Aleksa Yankoviçi heyətinə qatıb. Onun müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Sumqayıt" 3 gün öncə serbiyalı baş məşqçi Saşa İliçlə 1 illik sözləşmə imzalayıb.