"Roma"nın hücumçusu Superliqada

  • Bu gün, 14:48

Türkiyənin "Başakşəhər" klubu "Roma"nın və Özbəkistan millisinin hücumçusu Eldor Şomurodovu heyətinə qatıb.

Sportlife.az xəbər verir ki, türk klubu forvardı 3 milyon avro qarşılığında icarəyə götürüb. Mövsümün sonunda isə tam transfer üçün “Roma”ya daha 2,7 milyon avro ödəniləcək.

Ötən mövsüm A seriyasında Şomurodov 27 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: